Trader.az platforması investorların xidmətindədir

12.09.2022 , 18:24

Trader.az investorlara yerli və xarici şirkətlərin səhm və istiqrazlarını alıb-satmağa imkan yaradan unikal ticarət platformasıdır. AzFinance İnvestisiya şirkəti tərəfindən yaradılan bu platforma investorlar üçün bir sıra əməliyyatları tam rəqəmsallaşdırıb. Artıq ofisə getmədən siz öz sifarişlərinizi elektron qaydada bizə təqdim edə bilərsiniz. Trader.az-da qiymətli kağızlarla ticarət etməyə başlamaq üçün elektron qaydada müqavilə bağlamaq kifayətdir. Müştərini identifikasiya etmək üçün AzFinance İnvestisiya şirkəti müştəri ilə video-görüntülü bağlantıdan istifadə edə bilər. Trader.az ticarət platforması AzFinance-ın kapital bazarın rəqəmsallaşdırılması yönündə atdığı ən böyük addımdır. Platforma vasitəsilə müştərilər pul və qiymətli kağız hesablarına tam nəzarət edə, gəlir və xərclərini mütəmadi monitorinq edə bilərlər. Ticarət platforması vasitəsilə siz balansınızı birbaşa olaraq onlayn da artıra bilərsiniz. İnvestorlar Trader.az vasitəsilə elektron sifarişlər verə və onun icrasını interaktiv izləyə bilərlər. Kapital bazarına marağının artırılması, geniş investor bazasına çıxış və qiymətli kağızlarla əməliyyatların tam təhlükəsiz və effektiv icra olunması Trader.az platformasının əsas məqsədləridir.