Market-Maker xidməti

"Market-meyker" -  hər hansı bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin likvidliyini təmin etmək məqsədi ilə alışını və satışını öz hesabına həyata keçirən investisiya şirkətidir. AzFinance İnvestisiya Şirkəti kapital bazarında bir neçə alət üzrə Market-meyker funksiyalarını həyata keçirməkdədir. 
        
Market-meykerin funksiyalarına aşağıdakılar daxildir:  

     
1. Qiymətli kağızın hər bir ticarət günü üçün alış/satış qiymətlərini (kotirovkalar) müəyyən edir və birja vasitəsilə elan edir        
2. Qiymətləri müəyyən edərkən spred (alış/satış qiymətləri arasındakı fərq) intervalına nəzarət edir        
3. Öncədən müəyyən edilmiş alış/satış həcmlərinə əsasən müvafiq sifarişləri ticarət sisteminə daxil edir.        
        
Kotirovkalar real vaxt rejimində birjanın ticarət sistemində və veb-saytında açıqlanır. Yerli fond bazarında market-meyker institutunun tətbiqi bazarın dərinliyinin və dinamikliyinin artırılmasına yönəlmiş kompleks tədbirlərdən biridir.