Karyera

AzFinance İnvestisiya Şirkətinin əsas prioriteti insan resursları ilə əməkdaşlığını yüksək motivasiya, daimi inkişaf və sosial qayğı üzərində qurulmasıdır.

AzFinance İnvestisiya Şirkəti peşəkarlardan ibarət komandaya malikdir. Biz öz fəaliyyətimizdə peşəkar kadrların yaradılmasına və şirkətə cəlb edilməsinə böyük önəm veririk.

Məqsədyönlü, iddialı, məsuliyyətli və ən əsası komandada işləmə bacarığına maliksinizsə, o zaman burada öz CV formanızı şirkətin E-mail ünvanına göndərməklə bizim komandanın üzvü ola bilərsiniz.