İntiqam Səfərəliyev
İntiqam Səfərəliyev

Direktor

Azərbaycan Dövlət İqtisad Universitetinin  Maliyyə və Kredit ixtisası üzrə Bakalavr və Magistr dərəcələrini əldə etmişdir.  Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində işləmişdir. 2007-ci ildən etibarən Çelsi Kapital şirkətinin direktoru vəzifəsində çalışmış, qısa müddət ərzində lider şirkət olmasına nail olmuşdur. 2014-cu il tarixində AzFinance İnvestisiya şirkətinin Direktorunun müavini vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının üzvü vəzifəsində də çalışmışdır.

12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.

AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il tarixli qərarına əsasən AzFinance İnvestisiya Şirkətinin direktoru vəzifəsinə təyin olunmuşdur.

İngilis, Azərbaycan və Türk dillərində səlis danışır.