AzFinance İnvestisiya Şirkətinin Direktor müavini
2009-cu il tarixindən etibarən kapital bazarı sahəsində çalışır. Hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr dərəcəsinə malikdir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatasında böyük hüquqşünas vəzifələrində çalışmışdır.
2018-ci ildən etibarən Unicapital İnvestisiya şirkətində Hüquq departamentinin direktoru, 2019- cu ildən AzFinance İnvestisiya Şirkətinin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
Avropa Şurasının Tvinninq və TAİEX layihələri çərçivəsində Kapital Bazarının inkişafı üzrə
Azərbaycan qanunvericiliyinin Avropa direktivlərinə uyğunlaşdırılması məqsədi ilə normativ aktların ekspertizasında və bir sıra layihələrin hazırlanmasında fəal iştirak etmişdir.
AzFinance İnvestisiya Şirkətinin Direktorunun 04 dekabr 2019-cu il tarixli Əmrinə əsasən AzFinance İnvestisiya Şirkətinin direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.