AzFinance İnvestisiya Şirkətinin prioritet istiqamətlərindən biri korporativ şirkətlərin istiqrazlarının buraxılması və onların tədavülüdür. 2021-ci ilin avqust ayından etibarən bu proses sürətlə davam etməkdədir. Belə ki, bu tarixdən etibarən artıq 10-dan çox korporativ emitent AzFinance vasitəsilə istiqraz buraxılışını həyata keçirmişdir. Korporativ istiqrazların ümumi buraxılış həcmi 42 mln. manatı keçmişdir. İstiqrazların gəlirlik dərəcəsi müddətdən və emitentdən asılı olaraq manatda illik 8%-14% intervalında dəyişir.
Siz də, öz növbənizdə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin istiqrazlarını əldə etməklə iqtisadiyyatımızın inkişafına öz töhfənizi verə bilərsiniz!