"Fərdi İnvestorların Potfelinin idarə edilməsi – mövcud qiymətli kağızlardan daimi gəlir əldə etməyə yönəlmiş tədbirlər məcmusudur. Başqa sözlə desək, investor yatırım qərarlarını peşəkar idarəçilərə ötürür. AzFinance İnvestisiya Şirkəti müştəri vəsaitlərinin seçilmiş xüsusi strategiya və müştəri profilinə uyğun peşəkar idarə edilməsini təklif edir.
Bu zaman idarə etmə müştərinin şəxsi hesabında və onun xeyrinə həyata keçirilir. Peşəkar idarəçilər isə yalnız doğru zamanlarda alış/satış qərarları verib onları icra edirlər.
Müştəri aktivləri investisiya siyasətinə uyğun olaraq və müştərinin investisiya portfelinin dəyərini və portfeli ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla ən yaxşı icra qaydalarına uyğun şəkildə idarə edilir.
Bu xidmətin səmərəli təşkili üçün aşağıdakılar lazımdır:
• Yüksək etibarlılıq dərəcəsi və yüksək gəlirli qiymətli kağızları cəlb etməklə portfelin tərkibini planlaşdırmaq, eyni zamanda risk və gəlir nisbətini daima diqqət mərkəzində saxlamaq;
• Effektiv idarə etmə üçün portfelə daxil olan qiymətli kağızları mütəmadi təhlil etmək və həcmlərə nəzarət;
• Portfelin likvidlik dərəcəsini yuxarı saxlamaq.
Portfel formalaşdırılarkən əldə edilmiş qiymətli kağızlar aşağıdakı əsas xüsusiyyətlərə görə qiymətləndirilir:
• etibarlılıq və ya investisiyaların təhlükəsizliyinə təminat səviyyəsi
• likvidlik və ya nağd pula çevrilmə qabiliyyəti
• bir-biri ilə tərs əlaqəli olan gəlir və risk
Strategiyaların növləri
İnvestisiya müddətindən, gəlirlik faizindən və müştərinin seçdiyi risk dərəcəsindən asılı olaraq, şirkətimiz müxtəlif strategiya növlərini təklif edir. Portfellərin tərkibi seçilmiş risk və gəlirlik əmsallarından asılı olaraq əsasən dövlət istiqrazları, korporativ istiqrazlar və səhmlərdən ibarət ola bilər. İdarə etməyə nağd vəsaitlər və qiymətli kağızlar qəbul edilir.