"GL" ASC-nin səhmlərinə abunə yazılışı başladı

03.05.2023 , 12:30

"GL" Açıq Səhmdar  Cəmiyyətinin hər birinin nominal dəyəri 2005 (iki min beş) manat olan 25 (iyirmi beş) ədəd adi, adlı, sənədsiz  yeni səhm emissiyasının anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. 

Səhmlərin yerləşdirilməsi, kütləvi təklif üsulu ilə, abunə yazılışı formasında "Bakı Fond Birjası"nda (BFB) həyata keçiriləcək. Abunə yazılışına bu gündən başlanılır  və mayın 7-nə qədər davam edəcək. 

Abunə yazılışı başa çatdıqdan sonra 2 (iki) iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanma tarixi elan edilir və abunə yazılmış şəxslərə bu barədə bildiriş göndərilir. Səhmlərin yerləşdirilməsinə Emitent tərəfindən elanda qeyd edilmiş tarixdə başlanılacaq və 4 iş  günü ərzində başa çatdırılacaq.

Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

•  İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;

•  Digər investorlara səhmlərin yerləşdirilməsi.