“İnternational” BOKT-nin səhmlərinə abunə yazılışı başladı

10.05.2023 , 10:45

“Bank Olmayan kredit Təşkilatı “İnternational” Açıq Səhmdar  Cəmiyyətinin hər birinin nominal dəyəri 1000 (bir min) manat  olan 3000  (üç min) ədəd adi, adlı, sənədsiz  yeni səhm emissiyasının anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. 

Səhmlərin yerləşdirilməsi, kütləvi təklif üsulu ilə, abunə yazılışı formasında "Bakı Fond Birjası"nda (BFB) həyata keçiriləcək. Abunə yazılışına bu gündən başlanılır  2 iş günü müddətində davam edəcək.

Abunə yazılışı başa çatdıqdan sonra 7 (yeddi) iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanma tarixi elan edilir və abunə yazılmış şəxslərə bu barədə bildiriş göndərilir. Səhmlərin yerləşdirilməsinə Emitent tərəfindən elanda qeyd edilmiş tarixdə başlanılacaq və 3 iş  günü ərzində başa çatdırılacaq.

Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

•             İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;

•             Digər investorlara səhmlərin yerləşdirilməsi.