BOKT "Viator Mikro Kredit Azərbaycan" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

19.12.2022 , 15:50

Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 350,000 (üç yüz əlli min) manat olan istiqrazları  noyabrın 21-də standart bazar seqmentində listinqə daxil edilib.

“Viator Mikro Kredit Azərbaycan” istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

 

 

Hərrac 

tarixi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2005021533

Faizli təmin edilməmiş sənədsiz adlı

350

(ədəd)

1,000 manat

14 %


21.12.2022

540 gün

Hər 90 gündən bir