Korporativ istiqrazlar

AzFinance İnvestisiya Şirkətinin prioritet istiqamətlərindən biri korporativ şirkətlərin istiqrazlarının buraxılması və onların tədavülüdür. 2021-ci ilin avqust ayından etibarən bu proses sürətlə davam etməkdədir. Belə ki, bu tarixdən etibarən artıq 10-dan çox korporativ emitent AzFinance vasitəsilə istiqraz buraxılışını həyata keçirmişdir. Korporativ istiqrazların ümumi buraxılış həcmi  42 mln. manatı keçmişdir. İstiqrazların gəlirlik dərəcəsi müddətdən və emitentdən asılı olaraq manatda illik 8%-14% intervalında dəyişir.                
                
                
Siz də, öz növbənizdə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin istiqrazlarını əldə etməklə iqtisadiyyatımızın inkişafına öz töhfənizi verə bilərsiniz!                
                

  • İstiqraza investisiya etməyin üstünlükləri:                
  • 1.İstiqrazlar likviddir, istənilən zaman geri satıla biləndir.                
  • 2.İstiqrazı geri satan zaman toplanmış faizlər itirilmir, ana məbləğlə birlikdə ödənilir.                
  • 3.Bir neçə emitentin istiqrazını alaraq riski bölmək (diversifikasiya) və sığortalamaq mümkündür.                
  • 4.Minimal investisiya 100 AZN-dən başlayır.                
  • 5.Seçimdən asılı olaraq faizlər aylıq, rüblük, yarımillik və illik ödənilir.                
  • 6.İstiqrazın bitməsinə az müddət qalan zaman onu bazarda daha baha sataraq əlavə qazanc əldə etmək mümkündür.                
  • 7.İstiqrazı buraxan şirkət defolt halı yaşayarsa, istiqraz sahibləri prioritet təşkil edir (istiqraz sahiblərinin vəsaitləri ilk olaraq qaytarılır).                
  • 8.İstiqrazı buraxan şirkətlər mütəmadi şəffaf maliyyə hesabatları açıqlayır və investorlar üçün qərarvermə prosesi sadələşir.                
  • 9.İstiqraz sahibləri gəlir vergisindən TAM azaddır.                

                
Emitentlər və istiqrazlar haqqında daha ətraflı məlumatı Emitentlər {burada "Emitentlər" səhifəsinə link vermək} səhifəsindən əldə edə bilərsiniz.