Xarici bazarlar

Vasitəçilik xidməti

"İnvestisiya qərarlarını müstəqil qəbul etmək və birbaşa olaraq qiymətli kağızları və törəmə maliyyə alətlərini alıb/satmaqla gəlir əldə etmək istəyən investorlar AzFinance İnvestisiya şirkətinin təqdim etdiyi vasitəçilik (broker) xidmətindən istifadə edə bilərlər.
Vasitəçilik (broker) xidməti AzFinance İnvestisiya Şirkətində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya {burada lisenziyanın pdf faylına link vermək} əsasında peşəkar işçilər tərəfindən həyata keçirilir. 
AzFinance İnvestisiya Şirkəti bütün növ qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə birja və birjadankənar üsullarla alğı-satqı və REPO/əks-REPO əməliyyatlarını həyata keçirməkdədir."                                                                              
İnvestisiyaları etibarlı investisiya şirkəti vasitəsilə həyata keçirin!                                    
AzFinance İnvestisiya Şirkəti əməliyyatların dəqiq və effektiv icrasına çox böyük önəm verir. Əməliyyat risklərinin qarşısının alınması, eyni zamanda sürət və effektivliyin artırılması üçün şirkətin xüsusi elektron proqam təminatı mövcuddur.                                    
Məhsullar:                                    

  • Dövlət istiqrazlarının ilkin/təkrar bazarda alışı/satışı                                    
  • Korporativ istiqrazların ilkin/təkrar bazarda alışı/satışı                                    
  • Səhmlərin ilkin/təkrar bazarda alışı/satışı                                    
  • REPO/əks-REPO əməliyyatları                                    

 


Portfel idarəçiliyi

"Fərdi İnvestorların Potfelinin idarə edilməsi – mövcud qiymətli kağızlardan daimi gəlir əldə etməyə yönəlmiş tədbirlər məcmusudur. Başqa sözlə desək, investor yatırım qərarlarını peşəkar idarəçilərə ötürür. AzFinance İnvestisiya Şirkəti müştəri vəsaitlərinin seçilmiş xüsusi strategiya və müştəri profilinə uyğun peşəkar idarə edilməsini təklif edir.

Bu zaman idarə etmə müştərinin şəxsi hesabında və onun xeyrinə həyata keçirilir. Peşəkar idarəçilər isə yalnız doğru zamanlarda alış/satış qərarları verib onları icra edirlər.

Müştəri aktivləri investisiya siyasətinə uyğun olaraq və müştərinin investisiya portfelinin dəyərini və portfeli ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla ən yaxşı icra qaydalarına uyğun şəkildə idarə edilir.
            
Bu xidmətin səmərəli təşkili üçün aşağıdakılar lazımdır:                    
• Yüksək etibarlılıq dərəcəsi və yüksək gəlirli qiymətli kağızları cəlb etməklə portfelin tərkibini planlaşdırmaq, eyni zamanda risk və gəlir nisbətini daima diqqət mərkəzində saxlamaq;                    
• Effektiv idarə etmə üçün portfelə daxil olan qiymətli kağızları mütəmadi təhlil etmək və həcmlərə nəzarət;                    
• Portfelin likvidlik dərəcəsini yuxarı saxlamaq.                    
Portfel formalaşdırılarkən əldə edilmiş qiymətli kağızlar aşağıdakı əsas xüsusiyyətlərə görə qiymətləndirilir:                    
• etibarlılıq və ya investisiyaların təhlükəsizliyinə təminat səviyyəsi                    
• likvidlik və ya nağd pula çevrilmə qabiliyyəti                    
• bir-biri ilə tərs əlaqəli olan gəlir və risk                    
Strategiyaların növləri                    
İnvestisiya müddətindən, gəlirlik faizindən və müştərinin seçdiyi risk dərəcəsindən asılı olaraq, şirkətimiz müxtəlif strategiya növlərini  təklif edir. Portfellərin tərkibi seçilmiş risk və gəlirlik əmsallarından asılı olaraq əsasən dövlət istiqrazları, korporativ istiqrazlar və səhmlərdən ibarət ola bilər. İdarə etməyə nağd vəsaitlər və qiymətli kağızlar qəbul edilir.                     
   


Hedcinq və Struktur məhsullar

Hedcinq və Struktur məhsullar fond bazarları vastəsilə riskləri minimuma endirmək üçün nəzərdə tutulan həllərdir. Bu cür məhsul yaratmaq üçün bir neçə maliyyə alətindən istifadə olunur. Əsasan Opsionlar üzərində qurulan bu məhsullarda, digər maliyyə alətlərindən də istifadə olunur.
 


Marja ticarəti

Marja ilə ticarət Sizə, sahibi olduğunuz qiymətli kağızları girov qoymaqla əlavə qiymətli kağızlar almağa, qiymətli kağızlarda «qısa» (short) mövqeydə olmağa, hesabınızı «overdraft»dan (hesabınızda olan məbləğdən artıq zərərə getməsindən) qorumağa və ya əlverişli kredit xəttinə çıxış əldə etməyə imkan verir.