AzFinance investisiya şirkəti növbəti dəfə real sektoru maliyyələşdirir

27.12.2022 , 10:36

AzFinance investisiya şirkəti əlvan metal sektorunda fəaliyyət göstərən “Az-Lead” MMC-nin 1 milyon manat həcmində maliyyələşməsini təmin edəcək.

İnvestorlar tədavül müddəti 360 gün olan illik gəlirliyi 13 % olan qısamüddətli yatırım aləti əldə edirlər.

Bu alətin üstünlüyü onun qısamüddətliyi və 180 gündən sonra vaxtından əvvəl geri satın alma hüququnun olmasıdır. Həmçinin bu zaman bank depozitindən fərqli olaraq investor faiz itkisinə məruz qalmayacaq. 

AzFinance investisiya şirkəti real sektorun maliyyələşdirilməsi yönündə daha öncə “AzeSteel company” ASC-ni 5,5 milyon manat həcmində maliyyələşdirib.

Əlavə edək ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən 2023-cü il fevralın 1-dən etibarən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 5 il müddətinə gəlir vergisindən azad olunub.

Bu o deməkdir ki, sizin istiqrazlardan əldə edilən gəlirlər vergidən azaddır.

İnvestorlar onlayn formada Trader.az platforması vasitəsilə bu istiqrazları sifariş edə bilərlər.

Əlaqə nömrələri: *7667 ; +994502904477